“Caspian International Hospital”ın vergi borcu artıb
- 19-12-2025, 14:32
Özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir.
Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 26 583 862.06 manata çatıb.
Qeyd edək ki, “Caspian International Hospital” 2010-cu ildə dğvlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi və baş direktoru Abbasov Cəbrayıl Neymət oğludur.
İqtisadiyyat.az