Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT
- 25-12-2025, 18:37
Mütəxəssislər dəfələrlə vurğulayıb ki, ağacın kök boğazının betonlanması onun qurumasına, nəticədə məhv olmasına gətirib çıxarır. Buna baxmayaraq, Binəqədidə yaşıllıqların göz görə-görə “boğulması” davam edir. Sual yaranır: bu özbaşınalığa kim icazə verib?
Mediatv.az xəbər veri ki,ərazidə hər hansı məlumat lövhəsi, rəsmi icazə sənədi və ya layihə nişanı yoxdur. Deməli, söhbət açıq-aşkar qanunsuz tikintidən gedir. Belə hallarda aidiyyəti qurumlar — icra hakimiyyəti,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, şəhərsalma və ekoloji nəzarət strukturları dərhal müdaxilə etməli olduğu halda, görünən odur ki, proses ya görməzlikdən gəlinir, ya da kimlərsə tərəfindən himayə olunur.
Şəhərin onsuz da azalan yaşıllıq fonunda hər bir ağacın taleyi həyati əhəmiyyət daşıyır. Bu yanaşma nə qədər davam edəcək? Qanunsuz tikinti aparanlar cəzalandırılacaqmı, yoxsa növbəti dəfə də məsələ ört-basdır ediləcək?
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az