Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu
- 24-03-2026, 15:00
Gürcüstanda son bir neçə gün ərzində 105 xarici vətəndaş ölkədən çıxarılıb.
Bu barədə ölkənin Miqrasiya Departamenti məlumat yayıb.
Bildirilib ki, digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində 20-dən çox ölkənin vətəndaşları deportasiya olunub. Onların arasında Türkiyə, Hindistan, Çin, Rusiya və Azərbaycan vətəndaşları da var.
Qeyd olunub ki, deportasiya edilən şəxslərin hamısına qanunvericiliyə uyğun olaraq 5 ilədək Gürcüstana yenidən giriş qadağası tətbiq edilib.