Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Sosial
29-03-2026, 15:12

Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

[center]Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib[/center]
Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".
Son xəbərlər