TƏBİB bu şirkətlə 1,5 milyonluq müqavilə bağladı

Sosial

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzi “Cyber Point” şirkəti ilə müqavilə bağlayıb.
Bu barədə [b]İqtisadiyyat.az[/b] qurumdan məlumat əldə edib.
Məlumata əsasən, müqavilədə İnformasiya təhlükəsizliyi məlumatlarının və hadisələrinin idarə edilməsi həllinin uzadılmasının satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 1 milyon 550 manat müəyyənləşib.