Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

Sosial

[center][/center]
Azərbaycandan Ermənistana ümumi miqdarı 999.931 ton olan 17 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Xatırladaq ki, martın 5-də 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Bundan başqa, aprelin 11-də Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı göndərilib. Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.Report